27 may 2010 23:00
Aprel – Georgi Adamiya, may – Aleksandr Şoliç (FOTO)
Bu gün PFL və “Unibank” aprel və may ayları üçün ölkənin ən yaxşı futbolçularının adlarını açıqlayıb. Azerisport.az xəbər verir ki, aprel üçün Georgi Adamiya (Qarabağ), may ayı üçün keçirilən sorğuda isə Aleksandr Şoliç (Bakı) qələbə qazanıblar. Hər iki futbolçu hazırda Azərbaycanda olmadığından hədiyyələri onların əvəzinə klub nümayəndələri – Qarabağdan Nurlan Əziz, Bakıdan isə Yaşar Seyidov qəbul ediblər. Həm Adamiya, həm də Şoliçə xüsusi mükafat və 1111 manat pul verilib.
