27 may 2010 00:15

Bəlkə «əzilirlər» yazaq?

Azərbaycan yığması həsrətə son qoya bilmədi. Azerisport.az xəbər verir ki, Moldova üzərində sonuncu və hələ ki, yeganə qələbə 11 il əvvələ təsadüf edir.

Bu nədir belə? Sindrom? Moldova futbolu ilə Azərbaycan futbolu arasında fərq? Futbolçuların daha təcrübəli (yaxud təcrübəsiz) olması? Əlbəttə, sıravi bir yoldaşlıq görüşünün nəticəsində tendensiya axtarmağa dəyməz. Bu heç mümkün də deyil. Bir saat əvvəl başa çatan Azərbaycan – Moldova matçının nəticəsi də heç nə demədi. Amma düşünməyə xeyli material verdi.

Bunlardan birini və bəlkə də birincisini Berti Foqts özü dilinə gətirdi: “Komandanın fiziki planda problemləri var”. Mövsümün sonu olduğu, futbolçuların fiziki, psixoloji və Allah bilir daha hansı cəhətdən yorğunluğu sözünü deyir. Amma məgər moldovanlar da bizim kimi gərgin mövsümdən çıxmayıblar? Yoxsa onların rumıniyalı baş məşqçisi oyunçularını canlandıra biləcək başqa vasitələr fikirləşib?

Məsələ ondadır ki, bu “fizika” problemi Azərbaycan yığmasını və onun baş məşqçisi Berti Foqtsu qorxulu kölgə kimi az qala iki ildir qarabaqara izləyir. Və məsələyə nə vaxt əncam çəkiləcəyi məlum deyil.

- Bəlkə "əzilirlər" yazım?

- Yox, “ölürlər” yaxşıdır – bu yerdə məşhur filmdən əfsanəvi dialoqu sitat gətirməmək olmur.

İkinci problem nə qədər təəssüflü və təəccüblü gəlsə də, qapıçı problemidir. Hər halda, bu gün üçün. Hər halda, bu oyun üçün. Kamran Ağayevin qapıçı ustalığına heç bir şübhə yoxdur və o, səviyyəsini artıq sübut edib. Amma futbol elə bir oyundur ki, burada güclü olduğunu hər gün, hər məşqdə, hər oyunda, hər epizodda sübut etməlisən. Kamranın isə məlum səbəblərdən psixoloji problemləri var. Bu yerdə Uli Ştaynın bir qapıçı məşqçisi kimi hansı səviyyəyə malik olduğu üzə çıxacaq. Lukas Podolskini “tənbəl” adlandıran Ştayn Ağayevi bu problemlərdən qurtara biləcəkmi?.. Bir də Kamrana ayaqla daha yaxşı oynamağı öyrətmək lazımdır. Biz onun Avropa klublara layiq olmasından danışırıq, amma fakt odur ki, qapıçımızın ayaqla oynamaqla bağlı ciddi problemləri var. Moldova ilə qarşılaşmada Kamran bir dəfə də olsun topu ayağı meydançaya düzgün daxil edə bilmədi. Bu keyfiyyəti yüksək səviyyədə olmayan qapıçıya heç bir Avropa klubu elçi düşməz.

Bu adi bir yoldaşlıq görüşü idi və onun nəticəsinə görə uzaqgörənliklə fikir yürütmək olmaz. Danışdıqlarımız da nisbi məsələlər idi. Amma yoldaşlıq oyunu da vacibdir, deyilmi? Və bu problemləri bu gün qabartmayasan, nə vaxt qabardasan?

 

Azərbaycan – Moldova 1:1

E. Məmmədov, 21 (1:0); Qodoçari 82 (1:1)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.