27 may 2010 00:23
Hiddinklə Türkiyə qələbə seriyası yaxalayıb
Türkiyə yığması Quus Hiddink rəhbərliyi altında ikinci matçına çıxıb və onu da qələbə ilə başa vurub. Azerisport.az xəbər verir ki, “ay-ulduzlular” ABŞ toplanışı çərçivəsində Şimali İrlandiya ilə qarşılaşıb və 2:0 hesabı ilə qələbə qazanıb. Qollara Sərcan Yıldırım və Semih Şəntürk imza atıblar.
Türkiyə - Azərbaycan yığmasının AÇ-2012-nin seçmə mərhələsindəki rəqiblərindən biridir.
