27 may 2010 00:26
Mourinyo və Materatsi hönkür-hönkür ağladılar (VİDEO)
İnterin baş məşqçisi Joze Mourinyonun klubu tərk edəcəyi məlum olub. Azerisport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis artıq Realla anlaşıb və dünən İnterin bazasına baş çəkərək, klub əməkdaşları və futbolçularla vidalaşıb. Onun Marko Materatsi ilə vidalaşması daha təsirli alınıb: Joze hamı ilə sağollaşdıqdan sonra maşınına əyləşib, amma birdən-birə onu dayandıraraq, komandanın avtobusuna tərəf gəlib və Materatsini yenidən bağrına basıb. Bu an hər ikisi göz yaşlarını saxlaya bilməyiblər.
