28 may 2010 15:15
Yuventusda del Pyero erası başa çatdı
Yuventusun yeni baş məşqçisi Luici del Neri kapitan sarğısını Alessandro del Pieronun əlindən alıb. Azerisport.az “La Gazzetta dello Sport” nəşrinə istinadla xəbər verir ki, mütəxəssis Klaudio Markizionu yeni kapitan təyin edib. Del Neri bunu Markizionun Yuve üçün daha vacib futbolçu olması ilə əlaqələndirib.
Kapitanın dəyişdirilməsi başqa mətləblərdən xəbər verir. İtaliya mətbuatı yazır ki, bu, birbaşa olaraq, Yuventusun 5 təcrübəli futbolçusunun yayda komandanı tərk edəcəyi ilə əlaqədardır: kapitan del Piero, vitse-kapitanlar – Canluici Buffon, David Trezege, Corcio Kyellini və Mauro Kamoranezi.
Onu da qeyd edək ki, "Qoca Sinyora"nın canlı əfsanəsi olan del Piero 1998-ci ildən komandanın kapitanıdır.
