28 may 2010 00:01
XL Mahir Şükürovu Azərbaycana qaytarmaq istəyir
Anjinin və Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürov XL-ə dönə bilər. Azerisport.az xəbər verir ki, Lənkəran klubu 26 yaşlı futbolçu ilə maraqlanır. Bu barədə komandanın baş məşqçisi Ağasəlim Mircavadov məlumat verib.
Qeyd edək ki, buna qədər 2006/07 mövsümündə Şükürov XL-in şərəfini qoruyub.
