28 may 2010 00:15
Azərbaycan klubları 5,6 milyon avro qazana bilər
Bu mövsüm Azərbaycanı avrokuboklarda təmsil edəcək İnter, Bakı, XL və Qarabağın hər biri qrup mərhələsinə vəsiqə qazanacağı təqdirdə, ümumilikdə 5 milyon 600 min avro qazana bilərlər. Bunlardan 3 milyon 800 mini İnterin, qalan 1 milyon 800 mini isə digər üç klubun payına düşə bilər (hərəsinə 600 min avro). Bu məbləğ komandaların qrup mərhələsində göstərdiyi nəticələrdən asılı olmayaraq, ödənir.
Qeyd edək ki, İnterin qrup mərhələsin düşməsi üçün ÇL-də 3, XL və Qarabağın Avroliqada 4, Bakının isə 3 mərhələ keçməsi lazımdır.
