28 may 2010 00:29
Ramin Musayev: Altılıq sistemi qalır, amma...
PFL prezidenti Ramin Musayev bildirib ki, növbəti mövsümün reqlamenti artıq bəllidir.
“12 komanda qalır və Premyer Liqanı tərk edən Karvanla Standardı I divizionun qalibləri – Gəncə və MOİK əvəzləyəcək. “Altılıq” sistemi qüvvədə qalır. Yeganə fərq ondan ibarətdir ki, Final mərhələsində komandaların birinci mərhələdə topladığı xallar nəzərə alınmayacaq və sıfırlanacaq” – azerisport.az xəbər verir ki, Musayev belə deyib.
