29 may 2010 16:25
Almaniya klubu Azərbaycan yığmasını izləyəcək
Azərbaycan və Makedoniya yığmaları arasında Bişofşofendə keçiriləcək matçda bir neçə Almaniya klubunun nümayəndələri də olacaq. Azerisport.az xəbər verir ki, onların arasında Fortuna (Düsseldorf) da var. Skautların əsas məqsədi növbəti mövsüm komandanın heyətinə cəlb edilməyə namizəd olan futbolçuların oyununu izləməkdir.
