29 may 2010 17:06
Yığmamız Makedoniya və Hondurası məğlub edəcək
Azerisport.az-da sorğu başa çatıb.
Bir neçə gün ərzində Azərbaycan yığmasının Avstriya toplanışı çərçivəsində keçirəcəyi üç yoldaşlıq oyununa proqnoz verən respondentlərin əksəriyyəti komandamızın Moldova ilə heç-heçədən sonra Makedoniya və Hondurası yenəcəyindən əminliyini bildirib: iki qələbə, bir heç-heçə - 24%. Hərəyə 14% səs “bir qələbə iki heç-heçə” və artıq reallaşması mümkün olmayan “üç qələbə” variantları toplayıb. 13% respondent qalan iki görüşdə millimizin yeniləcəyini gözləyir. Səsvermənin ümumi nəticələri:
İki qələbə, bir heç-heçə
24% (34)
Üç qələbə
14% (20)
Bir qələbə, iki heç-heçə
14% (19)
Bir heç-heçə, iki məğlubiyyət
13% (18)
Bir qələbə, bir heç-heçə, bir məğlubiyyət
9% (13)
İki heç-heçə, bir məğlubiyyət
9% (12)
Üç məğlubiyyət
8% (11)
Üç heç-heçə
4% (5)
İki qələbə, bir məğlubiyyət
3% (4)
Bir qələbə, iki məğlubiyyət
2% (3)
Cəmi səslər: 139
