29 may 2010 00:05

Həqiqətən də səviyyəli legionerlər, yaxud Bekhem Azərbaycanda nə vaxt futbol oynayacaq?

Legioner məsələsi yoluxucu xəstəliyə bənzəyir. Mühafizəkar Azərbaycan cəmiyyəti isə ölkəmizə gələn legionerləri az qalan mikroskop altından izləməyə çalışır.

Azerisport.az xəbər verir ki, əcnəbilərin “at oynatdığı” və bunun qarşısının alınması üçün tədbirlər görüldüyü bir vaxtda klublar yenə legioner islahatına başlayıb. Bu gün Neftçi 9 nəfəri yola salıb bəyanat verir ki, növbəti mövsümdən etibarən komandanın şərəfini (bu sözə diqqət!) həqiqətən də səviyyəli legionerlər qoruyacaq. Olimpik-Şüvəlan heyətdə elə bir ciddi islahat aparmadan hansısa hipotetik “Azərbaycan futboluna xeyir verən legionerlər”dən danışır və onların seçimini aparmaq üçün Avropaya yola düşür. Onda belə çıxır ki, indiyədən Neftçi və OŞ-un şərəfini qoruyanlar səviyyəsiz olub, yaxud Azərbaycan futboluna zərər verib? Söhbət tək Neftçidən və OŞ-dan getmir. Onların adı yalnız nümunə xətrinə çəkilib. Amma!

Bilirsiniz, bu sətirlərin müəllifini ən çox düşündürən və ən çox güldürən bəyanat hansıdır? Məhz Neftçinin bəyanatı. Bu gün klub rəhbərliyi 9 legioneri qovub bir neçəsini (məsələn, Paulius Qribauskas və Joze Karlos) saxlayır. Daha sonra iki nümayəndəsini Braziliyaya yollayıb rəsmi saytında Neftçiyə yalnız bu ölkənin yüksək liqasında mübarizə aparan futbolçuların cəlb ediləcəyini bildirir. Nəhayət, klub prezidenti müsahibəsində “bundan sonra Neftçiyə ancaq səviyyəli legionerlər transfer olunacaq” – deyir. Siz deyin, məgər Qribauskas Buffondur? Yaxud Nyaqa Joze Karlosdən nə ilə geri qalır? Yoxsa Neftçi indi Vaqner Lav və Roberto Karlosla danışıqlar aparır?

Bilirsiniz, səviyyə anlayışı olduqca mücərəddir. Albert Eynşteyn bizdən hələ çox-çox əvvəl “Nisbilik nəzəriyyəsi”ni irəli sürüb və məhz buna söykənib bir daha bildiririk ki, hər şey nisbidir. Bəli, Qribauskas Simurqda nə iş gördüyü bilinməyən Vitali Postranskidən güclüdür. Amma onu İqor Akinfeyevlə müqayisə edə bilərsinizmi? Məsələ ondadır ki, futbolçu klubunu və ölkəsini 1) pula, 2) pula və 3) pula görə dəyişir. Əgər ona yaxşı müqavilə (pul-1), ÇL-də qələbə (pul-2) və perspektiv (pul-3) vəd edirsənsə, o, təklif barədə düşünməyə razılıq verər. Neftçinin növbəti mövsüm üçün vəzifəsi nə olacaq? Ən yaxşı halda çempionluq. Bunun üçün Jaba kimi legionerlər də kifayətdir. Bəlkə Neftçi rəhbərliyi “səviyyəli legioner” deyəndə elə məhz Jaba kimiləri nəzərdə tutur?

Bir də ki, “Azərbaycan futboluna xeyir verən legioner” anlayışını xüsusi qızıl fonda salmaq olar. A kişilər, bu gün (ad şərtidir) Qəbələdə ayına 15 min dollar maaş alan və bunun əvəzində sağlamlığını risk altına atan legioner (həmçinin də yerli) futbolçu niyə Azərbaycan futbolunun gələcəyini düşünməlidir? Məgər o PFL-dir, yoxsa AFFA? Məgər onun müqaviləsində “sənin Azərbaycanda çıxış etdiyin hər mövsümdə bir klub ÇL-in qrup mərhələsində iştirak etməli, iki futbolçu Avropa klublarına dəvət almalı, yığma komanda isə Almaniyanı böyük hesabla məğlub etməlidir” şərtləri qeyd olunub? O niyə Azərbaycan futbolunun parlaq gələcəyinin dərdini çəkməlidir?

Elə həmin Qəbələ - qarşısına superklub olmaq məqsədi qoyan Qəbələ də Moldova da futbolçu axtarırsa, biz bu gün hansı keyfiyyət dəyişikliyindən danışırıq? Qətiyyən bunun əleyhinə deyiləm, əksinə, düşünürəm ki, hər bir klub transfer fəaliyyətini konkret məqam və konkret məqsədlər çərçivəsində qurmalıdır. Elə həmin Vadim Borets də Bakıya hər hansı yerli futbolçudan az xeyir verməyib. Borets, məlumunuzdur ki, moldovandır...

Ona görə özünüzü güldürməyin, cənablar! Futbolun nə səviyyədədirsə, legionerin də o səviyyədədir. Kapello Lixtenşteyn yığmasında işləmək istəmədiyi kimi, Bekhem də Azərbaycan çempionatında oynamaq istəməz. Və oynamaz.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.