29 may 2010 00:23

Arsenal azarkeşləri Adams və Qəbələ barədə

Arsenalın azarkeş saytında klubun əfsanəvi kapitanı Toni Adams və onun yenicə baş məşqçisi təyin olunduğu Qəbələ barədə material dərc olunub. Azerisport.az həmin materialı nəzərinizə çatdırır.

 

Toni Azərbaycana gəlib çıxan dünya futbolunun birinci məşhur nümayəndəsi deyil. Yaxın keçmişdə Azərbaycan yığmasını Karlos Alberto Torres çalışdırıb. Berti Foqts isə indidə bu komandanın sükanı arxasındadır. Amma biri var karyerasının qürub çağlarını yaşayan və daha yaxşı təkliflər almayan məşqçinin yığmada işləməsi, biri də var kifayət qədər gənc ingilis məşqçinin öz ölkəsində ekzotik sayılan Azərbaycanın ortabab klubunun təklifini qəbul etməsi.

Belə görünür ki, cavab ortadadır: pul, pul və yenə də pul. Bu təyinat barədə oxuyan hər bir insanın ilk təəssüratları məhz belə olacaq. Mən də belə düşünürdüm. Amma məsələnin mahiyyətinə vardım və sizə bildirim ki, fikriniz belədirsə, siz səhv yoldasınız.

Çətin ki, Adamsın Qəbələyə gəlməsinin əsas səbəbi dağlarda yerləşən bu şəhərin təmiz havası ola. Bu klub 2005-ci ildə bizim üçün bir qədər qəribə səslənən “Göy-Göl” adı altında yaradılıb, 2007-ci ildə isə Qəbələyə çevrilib. Azərbaycan çempionatında həm nəticələrinə, həm də heyətinə görə möhkəm ortabab sayılır. Amma komandanın pulu var: oliqarx Taleh Heydərov nə 16 minlik yeni stadionun tikintisinə, nə də təcrübəli mütəxəssislərin dəvətinə pul xərcləməyə heyfsilənmir. Hələ ki, Azərbaycan ölçülərinə görə ulduz futbolçuların transferi barədə söhbət getmir, lakin aydındır: burada son söz Adamsın olacaq.

Bütün bunları bir kənara qoyaq. Adamsın özünə bu iş nə verəcək? O yaxşı başa düşür ki, gənc mütəxəssis üçün İngiltərə Premyer Liqasında üzdə qalmaq çox çətin, bəlkə də mümkünsüz vəzifədir. Amma ekzotik və maraqlı layihədə iştirak etmək, yeni məqsədlərə çatmaq nədən olmasın? Toni də qalib ruhu var: o, meydançada da rəqiblərinə qalib gəlib, ondan kənarda spirtli içkilərə də. Buraya da o qələbə qazanmağa gəlib; əlbəttə, bu qələbələr kiçik olacaq və bəlkə də heç nəyi həll etməyəcək. Lakin kim deyir ki, bunlara çatmaq asan olacaq? İddialı ortabab Qəbələni zirvəyə məhz Toni qaldırmalıdır.

Adams artıq əməli işə başlayıb. Fəaliyyətinin ikinci günü komandanın uşaq məktəbinə baş çəkib və orada özünün “Frenk Lempardı”nı tapıb. Tarzən Cahangirov – bu adı bir yerə yazın. Bəlkə də bir neçə il sonra Adams - Cahangirov tandemi Avropaya səs salacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.