30 may 2010 14:00
Yığmamızın rəqiblərindən fərqli nəticə
Dünən Azərbaycan yığmasının AÇ-2012-nin seçmə mərhələ çərçivəsindəki rəqibləri – Türkiyə və Almaniyada yoldaşlıq görüşü keçiriblər. Azerisport.az xəbər verir ki, Türkiyə ABŞ-la qarşılaşıb və Quus Hiddinkin rəhbərliyi altında ilk məğlubiyyətinə uğrayıb – 1:2. Yeganə qola Arda Turan imza atıb.
Almaniya isə Macarıstana heç bir şans verməyib. 3:0 hesabı ilə başa çatan görüşdə qolları Lukas Podolski, Mario Qomes və Kakau vurublar.
