30 may 2010 14:48
Azərbaycanın taleyi yenə də avstriyalıların əlindədir
Azərbaycan – Honduras matçını idarə edəcək hakimlər briqadası məlum olub. Azerisport.az xəbər verir ki, bu görüşdə də ədaləti yerli hakimlər qoruyacaq: Roland Brandner (baş hakim), Oliver Draxta, Andreas Rotmann və Luis Hoffmann.
Xatırladaq ki, Hondurasla matç Zell-Am-Zee şəhərində keçiriləcək.
