30 may 2010 15:24

Avstriya prezidenti Azərbaycan yığmasını nə vaxt qəbul edəcək?

Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts azerisport.az-ın müxbiri ilə söhbətdə Makedoniya ilə matçda bəyəndiklərindən və bəyənmədiklərindən, Avstriya prezidenti ilə mümkün görüşdən və Avropada çıxış etməyə layiq azərbaycanlı futbolçulardan danışıb.
 
“Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Onlar bizim səhvlərimizdən istifadə edib üç qol vurdular. Buna baxmayaraq, komandamdan narazı qaldığımı deyə bilmərəm. Oyunun əvvəlində çətinliklərlə üzləşdik. Gənc futbolçular öz oyunlarını tapa bilmədilər. Makedonların da daha yaxşı formada olduğu göründü.
 
İki qolda bəxtimiz gətirmədi, üçüncü qol isə gözəl alındı. Hesabı bərabərləşdirmək imkanlarımız var idi. İstifadə edə bilmədik, beynəlxalq oyunlarda isə buna görə cəzalandırırlar”.
 
“Bir neçə eksperimentə əl atdıq. Rəşad Sadıqov dayaq yarımmüdafiəçisi kimi oynayırdı. İkinci hissədə Samir Abasovun meydançaya çıxmasından sonra oyun intizamı yarandı. Amit Quluzadənin debüt etdiyini nəzərə alsaq, oyununu bəyəndəyini deyə bilərəm. Ona yenə şans verəcəyəm”.
 
“Ən çox bəyənmədiyim amil oyuna bir qədər gec “qoşulmağımız” oldu. Təxminən 20-ci dəqiqədən etibarən meydançada mənzərə dəyişdi. 3 gündən bir oynamağı da öyrənməliyik. Çünki seçmə mərhələdə də bu cür oynayacağıq. Mərhələnin startına az qalıb, bu oyunlar bizim üçün çox vacibdir”.
 
“Havaya sifariş verə bilmərəm. Bəlkə Avstriya prezidenti ilə danışaq və o, bizə daha yaxşı hava şəraiti yaratsın?(gülür) Düzgün qeyd etdiniz: sentyabrda Almaniyaya, oktyabrda yenə Avstriyaya gedirik. Belə hava şəaritinə öyrəşmək lazımdır”.
 
“Almaniya mətbuatının nə yazdığından xəbərim yoxdur, amma heç kimə heç nə deməmişəm. Bir dənə onu bilirəm ki, Fortunanın rəhbərliyin məzuniyyətdən istifadə edərək, bizim oyunlarımıza baxmağa gəliblər. Futbolçularımdan kimisə hansısa komandaya məsləhət görsəm, bu, yalnız mənə doğma Mönxenqladbax Borrusiyası olar. Amma heç kimin adını çəkməyəcək. Yaxınlarda Avropada görəcəyimiz gənc futbolçularımız var”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.