30 may 2010 22:57
Yığmamızın rəqibi əsas müdafiəçisini itirdi
Almaniya millisi DÇ ərəfəsində daha bir itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, “bundestim”in əsas müdafiəçilərindən biri – Hayko Vestermann dünən Macarıstanla keçirilən yoldaşlıq görüşündə sol topuğundan zədə alıb. Müayinə nəticəsində zədənin ciddi olduğu üzə çıxıb. Futbolçu DÇ-ni buraxacaq.
Almaniya Azərbaycan yığmasının AÇ-2012-nin seçmə mərhələsindəki rəqiblərindən biridir.
