31 may 2010 13:38
Xəzər TV hamını qabaqladı
Azerisport.az-da sorğu başa çatdı.
Bu gün Azərbaycan televiziya məkanı aşağı səviyyədə olsa da, idmanın işıqlandırılmasında problemlər olsa da, onların arasında seçilənlər var. Hər halda, saytımızın oxucuları üstünlüyü “Xəzər” TV və “İdman Azərbaycan”a verir: müvafiq olaraq, 26 və 22%. Digər kanallar isə xeyli geridədir: 8% - ANS TV, 5% - “Lider” TV, 4% - ATV, 2% - İTV və 1% - AzTV. “Space” kanalına heç kəs baxmır.
Heç bir telekanalın idman siyasətini bəyənməyənlərin sayı ümumi respondentlərin 15%-ə bərabərdir. 18% isə idmanı xarici kanallarda izləyir.
