31 may 2010 15:30
Seltikin və Şotlandiya yığmasının futbolçusu Azərbaycana gəlir (FOTO)
Qəbələ heyətini gücləndirmək yoluna əməli addımlar atmağa başlayır. Azerisport.az xəbər verir ki, klub Şotlandiya yığmasının futbolçusu Derek Riordanla danışıqlar aparır.
Sonuncu mövsümü Haybernianda keçirən 27 yaşlı hücumçu vaxtilə Seltikdə də çıxış edib, 3 dəfə Şotlandiya yığmasının formasını geyinib. Aldığımız məlumata görə, Qəbələ Riordana 500 min manat ödəməyə hazırdır.
