31 may 2010 20:00
DÇ iştirakçısı bu komandaya imtahan verəcək (FOTO)
İyunun 2-də növbəti yoldaşlıq görüşünə çıxacaq Azərbaycan yığması Avstriyada növbəti məşqini keçirib. Azerisport.az xəbər verir ki, Makedoniya ilə qarşılaşmadan sonra Berti Foqts futbolçularına istirahət verib, bu gün isə onları bir araya gətirib. Məşqdə zədədən dönmüş Vaqif Cavadov da iştirak edib.
Xatırladaq ki, iyunun 2-də yığmamızın rəqibi DÇ-2010-un iştirakçısı Honduras olacaq
