2 iyun 2010 13:50
Zidanın favoriti hansı milli komandadır?
Madridin «Real» klubunun və Fransa millisinin keçmiş futbolçusu Zinəddin Zidan CAR-da keçiriləcək dünya çempionatında hansı milli komandaya daha çox ümid bəslədiyini deyib.
azerisport.az xəbər verir ki, İspaniya millisi Zidanın şəksiz favoritidir. O, həmçinin qeyd edib ki, İspaniya millisinə qalib gələ biləcək hər hansı yığma komanda dünya çempionu ola bilər.
