2 iyun 2010 14:07
Fabio Kannavaro Ərəbistan klubuna keçib
İtaliya milli komandasının müdafiəçisi Fabio Kannavaro növbəti iki mövsümü Birləşmiş Ərəb Əmirliklərinin «Əl-Əhli» klubunda keçirəcək.
azerisport.az xəbər verir ki, 36 yaşlı futbolçu ötən mövsüm «Yuventus»un formasını geyib, lakin turinlilər müdafiəçi ilə müqavilənin müddətini uzatmaq istəməyiblər.
Kannavaro «Əl-Əhli» ilə 2 illik müqavilə imzalayıb. Onun maaşı ildə 1 milyon avro olacaq. Müqavilədə bu da qeyd olunub ki, nəzərdə tutulan bonuslarla birlikdə illik əməkhaqqı 5 milyon avroya çata bilər.
Klubun yeni sahibi Abdulla Səid Əl-Nabodah ümid etdiyini bildirib ki, Kannavaronun gəlişi ilə o,kluba daha çox məşhur futbolçu toplaya biləcək. Eyni zamanda, «Əl-Əhli»nin sahibi «Tottenhem»in baş məşqçisi Harri Rednappı da öz klubunda görmək istəyir.
