2 iyun 2010 15:00
Elxan Məmmədov: Avstriyadakı yağışlar bizə ancaq kömək edə bilər
Son üç gündür ki, Azərbaycan millisinin təlim-məşq toplanışı keçirdiyi Avstriyada leysan yağışları yağmaqdadır.
AFFA-nın baş katibi Elxan Məmmədov azerisport.az saytına bildirib ki, hava amili bizim xeyrimizədir: «Oktyabr ayında Avropa çempionatının seçmə mərhələsində millimiz Avstriya yığması ilə görüşəcək və o zaman məhz belə hava olacaq. Buna görə də, oyunçularımız sanki həmin oyuna hazırlaşırmışlar kimi o vaxt meydançanın necə olacağına alışırlar».
