2 iyun 2010 18:26
Bursaspor heyətini gücləndirməkdə davam edir
Türkiyə çempionatında ilk dəfə çempionluğu qazanmış «Bursaspor» futbol klubu «Fenerbahçe»dən Vedersonu öz sıralarına qatdıqdan sonra indi də gözünü Madridin «Real» klubunda forma geyən Daniel Opareyə dikib.
azerisport.az xəbər verir ki, «Real»ın ikinci heyətində çıxış edən 19 yaşlı qanalı futbolçuya elçi düşənlər arasında «Bursaspor»dan başqa «Liverpul», «Vest Hem», «Lion» və «Volfsbruq» kimi komandalar da var.
Amma güman edildiyinə görə, «Bursaspor»un bu il Çempionlar liqasında birbaşa qrup mərhələsindən başlayaraq çıxış etməsi transfer savaşında önəmli amil ola bilər.
