2 iyun 2010 10:32
Azərbaycanlılar Türkiyədə əcnəbi sayılmayacaq
Türkiyə Futbol Federasiyasının qərarına əsasən, Türkiyə çempionatının birinci liqasında (Bank Asya 1.Lig) türk dövlətlərindən – Azərbaycandan, Qazaxıstandan, Türkmənistandan, Özbəkistandan və Qırğızıstandan transfer edilmiş futbolçular legioner hesab edilməyəcək.
azerisport.az xəbər verir ki, bununla birlikdə TFF bu liqanın komandalarına sözügedən ölkələrdən eyni zamanda yalnız 2 futbolçu ilə müqavilə bağlamağa icazə verib. Üçüncü belə futbolçu artıq əcnəbi sayılacaq.
