2 iyun 2010 11:01

Joze Mourinyo: İtaliya futbolu mənlik deyil

Madridin «Real» klubunun baş məşqçisi Joze Mourinyo özünün yeni iş yeri, komandanın həyatını necə planlaşdıracağını və «Barselona» ilə rəqabət barədə danışıb. Məşqçi bildirib ki, onun üçün ən vacib olanı dürüstlük və intizamdır.
azerisport.az xəbər verir ki, sözügedən mətləblər barədə danışan Mourinyo deyib: «Üç ay bundan əvvəl başa düşdüm ki, İtaliya futbolu mənlik deyil. Qərara aldım ki, atmosferi dəyişim. Madrid ən yaxşı variant oldu. O ki qaldı komandada işin təşkilinə, xoşlayıram ki, futbolçular məşqlərə hardasa 1 saat tez gəlsinlər. Məşqə qədər mənimlə, komanda yoldaşları ilə ünsiyyətdə olsunlar, tibbi müayinədən keçsinlər. Oyunçuların məşqdən dərhal sonra yığışıb getmələrini də sevmirəm. Əgər gün ərzində iki məşq nəzərdə tutulubsa, istəyirəm ki, bütün futbolçular məşqlər arasındakı vaxtda komandanın bazasında qalsınlar».
«Yalana dözümüm yoxdur. Futbolçular gecikən zaman dərhal bilirəm ki, niyə belə olub. Ən yaxşısı, doğrusunu desinlər. Desinlər ki, axşamkı ziyafətdən sonra özlərini pis hiss ediblər. Amma yalandan mənə anaları ilə bütün gecəni xəstəxanada keçirmələri barədə nağıl danışmasınlar», - Mourinyo sözlərinə belə davam edib.
«Barselona»ya gəlincə, portuqaliyalı baş məşqçi bunları bildirib: «Ən güclü klublarla oynamağı sevirəm. Buna görə də, «Barsa» ilə rəqabətə ancaq sevinə bilərəm. Kataloniyalılara hansısa yarışın yarımfinalında qalib gəlmək başqa komandanı finalda udmaqdan daha zövqlüdür».

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.