3 iyun 2010 09:25
Berti Foqts oyundan razı qalıb
azerisport.az AFFA-nın rəsmi saytına istinadla bildirir ki, Honduras yığması ilə heç-heçə (0:0) başa çatan yoldaşlıq oyunu ilə bağlı Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts bunları deyib: “Oyun bərabər səviyyəli oldu. Ümumilikdə, normal oynadıq. Qol vurmaq üçün şansımız olsa da, bundan istifadə edə bilmədik. Belə havada oynamaq çətin olsa da, vacibdir. Bu, ilk növbədə beynəlxalq miqyaslı rəsmi oyunlar üçün lazımdır. Rəqib mundial iştirakçısı olsada, qələbə qazanmaq istəyirdik. İkinci hissədə daha yaxşı oynadıq. Ancaq müdafiəçi Saşa Yunisoğlunun qırmızı vərəqə alması oyunumuza mənfi təsir göstərdi. Qapıçı Səlahət Ağayevin oyunundan razı qaldım. Millinin heyətində ilk dəfə meydana çıxmasına baxmayaraq, özünü yaxşı mənada göstərə bildi. Onun yağışlı havada keçən oyunda yalnız bir səhvi oldu. Bu gün tam heyətlə oynamadığımızı da nəzərə almalıyıq. Hücumçular Fərid Quliyevlə Vaqif Cavadov zədə üzündən oynamadı, Rəşad Sadiqovla Əfran İsmayılov isə bu səbəbdən toplanışdan kənarda qaldı”.
