3 iyun 2010 09:31
Hondurasın baş məşqçisi komandamızı bəyənib
azerisport.az AFFA-nın rəsmi saytına istinadla bildirir ki, Honduras yığması ilə milli komandamızın heç-heçə (0:0) başa çatan yoldaşlıq görüşündən sonra rəqib komandanın baş məşqçisi Reynaldo Rueda millimizin oyunundan razı qaldığını bildirib: “Azərbaycan yığmasının oyunu xoşuma gəldi. Komandanız mundial iştirakçısı ilə yoldaşlıq görüşündə müsbət təsir bağışladı. Yaxşı komandanız, gənc futbolçularınız var. Yığmanızın parlaq gələcəyinə əminəm”.
