4 iyun 2010 14:23
Servet Çetin Kiyevin Dinamosuna keçə bilər
«Qalatasaray» futbol klubunun müdafiəçisi Servet Çetin Kiyevin «Dinamo» klubundan rəsmi dəvət alıb. azerisport.az xəöbər verir ki, tezliklə dinamoçuların rəhbərliyi ilə «Cim-Bom» rəhbərliyinin danışıqları başlamalıdır.
Xatırladaq ki, Çetini öz sıralarında görmək istəyən klubların arasında «Panatinaikos», «Tottenhem» və «Arsenal»ın da adları çəkilirdi. 29 yaşlı futbolçu Türkiyə millisinin mərkəz müdafiəçisidir və yığma komandanın tərkibində 35 oyun keçirib. O, 2008-ci ilin Avropa çempionatının bürürünc medalçısıdır.
