4 iyun 2010 17:49
Frank Raykaard uşaqlarının dayəsi ilə evləndi
Dünən Amsterdamda «Qalatasaray» futbol klubunun baş məşqçisi Frank Raykaardla Stefani Rukerin toy məclisi olub
Artıq bir müddət idi ki, Raykaard əvvəllər uşaqlarının dayəsi olmuş Stefani ilə birlikdə yaşayırdı.
Dünənki toyda Türkiyədən və Hollandiyadan az sayda qonaqlar olub. Mətbuat içəri buraxılmayıb. Maraqlı fakt odur ki. dəvət olunsa da, Rusiya millisinin keçmiş, Türkiyə millisinin yeni baş məşqçisi Quus Hiddink toya gəlməyib.
