4 iyun 2010 09:29
Almaniya millisinin oyununa futbolçularımız canlı tamaşa edib (FOTO)
Azerisport.az xəbər verir ki, AFFA-nın rəsmi saytının məlumatına əsasən, növbəti dəfə tibbi müayinədən keçmək üçün Almaniyada olan milli komandamız Frankfurt şəhərindəki «Kommersbank Arena»da Almaniya – Bosniya və Herseqovina yoldaşlıq oyununu stadiondan izləyib.
Qeyd edək ki, Avro-2012-nin seçmə mərhələsində millimizlə birgə A qrupunda mübarizə aparacaq Almaniya yığması bosniyalılara 3:1 hesabı ilə qalib gəlib.
