4 iyun 2010 11:00
Hər qola görə bir xal
azerisport.az xəbər verir ki, iyulun 25-də Avstraliyanın Sidney şəhərində futbol üzrə mini-turnir başlayacaq. Dövrəli sistem üzrə 3 tur təşkil edəcək turnirdə 4 klub – FK «Sidney» (Avstraliya), «Blekbern» (İngiltərə), «Reyncers» (Şotlandiya) və AEK (İsveç) çıxış edəcəklər. Yarışa iyulun 31-də yekun vurulacaq. Bütün oyunlar «Sidney» futbol stadionunda keçiriləcək.
Turnirin ən maraqlı cəhəti bundan ibarətdir ki, burada ilk dəfə olaraq xallar yalnız qələbəyə və heç-heçəyə görə deyil, həm də hər vurulan qola görə (bir qol – bir əlavə xal) veriləcək. Allah axırını xeyir eləsin!