5 iyun 2010 13:07
FİFA-nın lisenziyalı agenti – «Playboy» ulduzu (FOTO)
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) lisenziyalı agenti, eyni zamanda məşhur «Playboy» jurnalının fəaliyyətdə olan modeli, həm də keçmiş rumıniyalı futbolçu, hazırkı məşqçi Laurentiu Regekampfın həyat yoldaşı Ana-Mariya Prodan inanclı dindar olduğunu bildirib.
azerisport.az xəbər verir ki, 1995-ci ildə Ana-Mariya avtomobil qəzasına düşübmüş. Avtomobildə olan iki dostunun həlak olmasına baxmayaraq, Prodan salamat qalıb, lakin uzun müddət xəstəxanada yatıb. Özünə gələndən sonra xəbər tutub ki, bu müddət ərzində atasını da itirib. Elə o zamandan bəri Ana-Mariya Prodan ibadət etməyə başlayıb.
FİFA ilə «Playboy»un bu məsələ ilə nə əlaqəsinin olduğu barədə isə məlumat verilmir…
