5 iyun 2010 13:51
Azərbaycan futboluna da paxıllıq eləyərlərmiş
Avstriyanın milli futbol komandasının baş məşqçisi Ditmar Konstantini şikayətlənib ki, yerli klublar öz futbolçularını təlim-məşq toplanışlarına ancaq bir oyunluq buraxırlar.
azerisport.az bildirir ki, Konstantini bununla əlaqədar deyib: «Qrupumuzun favoritlərindən biri olan Türkiyə yığması ABŞ-da Çexiya, Şimali İrlandiya və meydan sahiblərinə qarşı 3 oyun keçirib. Berti Foqtsun komandası da üç oyunda qüvvəsini sınayıb – bu, yaxşı işdir. Amma bizim klublar Liqanın dəstəyi ilə oyunçularının istirahətini üstün tutublar. Hələ sevinməliyəm ki, Xorvatiya ilə bir oyuna nail ola bilmişəm!»
Qeyd edək ki, Avstriya 2010-ci ilin Avropa çempionatının seçmə mərhələsində Azərbaycanın rəqiblərindən biridir.
