5 iyun 2010 12:11
Avropa Liqası Lənkərana gəlir
Azərbaycanın «Xəzər-Lənkəran» futbol klubu Avropa Liqası çərçivəsində oynayacağı matçları doğma stadionunda – Lənkəran Şəhər stadionunda keçirəcək.
Stadionun direktoru Höcət Hacıyev azerisport.az saytına bildirib ki, burada artıq beynəlxalq oyunların keçirilmə təcrubəsi var – Azərbaycan millisi Finlandiyanı məhz Lənkəranda qonaq etmişdi. Bu səbəbdən də, Avropa Liqası matçlarının məhz Lənkəran stadionunda baş tutmaması üçün heç bir səbəb yoxdur.
Biz isə öz növbəmizdə əminik ki, Lənkərandakı matçlar (ümid edirik ki, «Xəzər-Lənkəran» bir mərhələ ilə kifayətlənməyəcək) klublarımızın builki Avropa kampaniyasının bəzəyinə çevriləcək. Axı lənkəranlı azarkeşlərin çılğınlığı, komandalarına bağlılığı hamıya məlumdur. O ki qaldı zəruri infrastruktur məsələsinə, beynəlxalq hava limanı, qonaqları yerləşdirmək üçün hotellər və stadionun özü Avropa standartlarına tam cavab verir.