5 iyun 2010 12:33
Ay futbolçu alan!!! Sumqayıta gəl!
Gələn mövsümdən Azərbaycan çempionatının birinci divizionunda çıxış edəcək «Standard-Sumqayıt» futbol klubundan azerisport.az saytına verilən məlumata görə, klub bəzi oyunçuları ilə vidalaşmaq arzusundadır.
Belə ki, Azərbaycan millisinin hücumçusu Fərid Quliyevi öz sıralarında görmək istəyən klubun ən azı 200 min manat pulu olmalıdır. Uruqvaylı Riçard Rikelme daha ucuzdur – cəmi 70 min manat. Buna ba pul çatmırsa, 50 min manata Dan Pisla, Arif İsayev və Pavel Xarçik arasında seçim etmək mümkündür.
Əli lap aşağı olan klublar cəmi 30 min manat ödəməklə Samir Zərgərovla, 25 min manat ödəməklə Anar Nəzirovla müqaviləyə ümid edə bilərlər.
