5 iyun 2010 12:45
Eşli Koul həyat yoldaşının xəyanətini bağışlamadı (FOTO)
İngiltərədə belə hesab edirlər ki, Eşli Koulla həyat yoldaşı Şeril Koulun boşanması artıq həll olunmuş məsələdir. Şerilin ərindən heç nə istəmədiyi barədə bəyanatlarına baxmayaraq, o, düz 4,5 milyon funt sterlinq təzminat alacaq.
azerisport.az xəbər verir ki, Eşli Koul futbol üzrə İngiltərə yığmasının heyətində Cənubi Afrikaya yollanmazdan əvvəl bütün zəruri sənədləri imzalayıb. Məlumatlı mənbənin The Sun tabloidinə bildirdiyinə görə, Eşli həyat yoldaşının əliboş gedəcəyinə inanmır.
Bütün məsələlər isə ondan başlayıb ki, Şeril Koul bu yaxınlarda Parisə öz əri ilə deyil, dostu – rəqqas Derek Houqla birgə yollanıb. Çoxlarının düşündüyünə görə, onlar sadəcə dost deyillər…
