7 iyun 2010 13:08
Aziz Yıldırım 20 ildə fantastik dərəcədə dəyişib (FOTO)
1952-ci ildə anadan olmuş və indi 58 yaşı olan «Fenerbahçe» futbol klubunun prezidenti Aziz Yıldırımın soldakı şəkli 38 yaşında ikən çəkilib.
azerisport.az saytının əldə etdiyi bu fotoşəkil 1990-cı ildə çəkilib. 12 ildir «Fener»in prezidenti olan Aziz Yıldırım o vaxtlar Futbol şöbəsinin rəhbəri idi.
Saçlarına hələ dən düşməmiş Yıldırımın gənc olduğu məlumdur. O gündən bu günə dəyişməyən isə deyəsən ancaq eynəyidir…
