7 iyun 2010 14:25

Oyuna pul qoymuş futbolçu oyunu satmaya bilərmi?

«Neftçi» futbol klubunun və milli komandanın keçmiş baş məşqçisi Vaqif Sadıqov bildirib ki, Azərbaycanda bəzi futbolçular bukmeker kontorlarında pul qoyuluşları edirlər.
 
ATV telekanalına müsahibəsində məşqçinin dediyinə görə, bunu gizlətmək mümkün deyil. Amma V.Sadıxov sözlərinə onu əlavə edib ki, pul qoyuluşu edən futbolçuların oyunları satması real deyil, onlar bu yolla yalnız əlavə qazanc əldə etmək istəyirlər.
 
Söz yox, futbolçular pul qoyuluşlarını gizlətmək üçün xeyli dəridən-qabıqdan çıxmalıdırlar. Birincisi, onları kontor işçiləri yaxşı tanıyır. İkincisi, başqa bir adam vasitəsilə pul qoyuluşu etmək istəyi də gizli qalmaya bilər, çünki «divarın da qulağı var».
 
Son illər ərzində futbolçuların bukmeker kontorlarında pul qoyuluşları etməsi ilə bağlı xarici ölkələrdə bir neçə dəfə qalmaqallar yaşanıb. İtaliyada, Almaniyada… Hər dəfə də futbolçular belə bəhanə gətiriblər ki, onlar öz oyunlarına deyil, başqa klubların oyunlarına «stavka» edirlər. Bəlkə də bu belədir. Amma buna kim zəmanət verə bilər? Və kim zəmanət verə bilər ki, tutaq ki, öz komandasının məğlubiyyətinə pul qoymuş futbolçu həmin oyunda «kefsiz» oynamayacaq?
 
Fikrimcə, bir sıra xarici ölkələrdəki kimi Azərbaycanda da futbolçuların və ələlxüsus da hakimlərin futbol oyunlarına pul qoyuluşları qadağan edilməli və belə hallar ciddi cəzalandırılmalıdır. Xatırladaq ki, bukmeker kontorları tezliklə leqallaşacaq və yarıgizli fəaliyyətdən tam aşkar fəaliyyətə keçəcəklər. Müvafiq qanunvericilik aktlarına sözügedən bəndlərin əlavə olunması heç də pis olmazdı.
 
HBİ

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.