7 iyun 2010 14:38
Fərid Quliyev hansı kluba keçəcək?
Azərbaycan milli futbol komandasının hücumçusu Fərid Quliyev Bakı klublarından birinə keçə bilər.
azerisport.az xəbər verir ki, paytaxtın «İnter» və «Neftçi» klubları Fəridi öz sıralarında görmək istəyirlər. 24 yaşlı forvard isə hazırda məzuniyyətdədir və iyunun 20-dən sonra öz qərarını verməlidir.
Xatırladaq ki, «Standard-Sumqayıt» Fərid Quliyevə görə 200 min manat ödəniş tələb edirdi.
