7 iyun 2010 14:54
NAZ – AFFA-nın yeni nəqliyyat partnyoru
AFFA ilə Naxçıvan Avtomobil Zavodu arasında aparılan danışıqlar müsbət nəticə verib. AFFA-nın rəsmi saytının məlumatına görə, əldə olunmuş razılığa əsasən, qarşıdakı 2 il ərzində Naxçıvan Avtomobil Zavodu AFFA-nın nəqliyyat partnyoru olacaq.
azerisport.az bildirir ki, AFFA ilə Naxçıvan Avtomobil Zavodu arasında imzalanacaq müqavilənin tarixi və vaxtı ilə bağlı əlavə məlumat veriləcək.
