7 iyun 2010 15:52
Daha bir futbolçu «Playboy» gözəlinin həbsində (FOTO)
Buxarestin «Styaua» futbol klubunun yarımmüdafiəçisi Adrian Kristya və Playboy modeli Byanka Draquşanu deyəsən tapışıblar.
Rumıniyada artıq çoxdan söz-söhbət gəzirdi ki, bu gənclər arasında nəsə var. Hər halda, Adrian bunu gizlətmir.
Bu yaxınlarda isə futbolçu internetdəki messencerində avatarını dəyişib. Yeni avatar Byankanın fotoşəklidir.
Hələlik bunun nə demək olduğu bilinmir. Byankanın Adriansız da seçimi böyükdür, amma belə görünür ki, qız özü də ürəyini məhz Adriana hədiyyə etmək arzusundadır.
