7 iyun 2010 17:18
«Qarabağ»Türkiyəyə yollanacaq
PFL-in rəsmi saytı xəbər verir ki, yeni mövsüm hazırlıqlarına ötən həftəsonu start verən Ağdamın "Qarabağ" klubu iyunun 10-da Türkiyəyə yola düşəcək. UEFA Avropa Liqasında Azərbaycanı təmsil edəcək "Qarabağ" yay təlim-məşq toplanışını Qızılcahamam bölgəsində keçirəcək.
azerisport.az saytına məlum olduğuna görə, gündə iki dəfə olmaqla Suraxanı qəsəbə stadionunda hazırlıq keçən Ağdam təmsilçisinin Azərbaycan milli komandasının heyətində yer alan futbolçuları da artıq Vətənə qayıdıb. İyunun 9-na kimi istirahətə buraxılan milli futbolçular komanda ilə birgə Türkiyəyə yollanacaq. Türkiyədə həkim müayinəsində olan Əfran İsmayılov və Rəşad Sadiqov komandaya iyunun 10-da qoşulacaq.
