7 iyun 2010 18:42
Rəşad Sadıqov «Qarabağ»da qalır
Azərbaycan milli komandasının və «Qarabağ» futbol klubunun müdafiəçisi Rəşad Sadıqov ağdamlıların heyətində qalır.
azerisport.az xəbər verir ki, o, daha 1 il müddətinə klubla müqavilə imzalayıb. Rəşad sayta müsahibəsində əlavə edib ki, müqavilənin şərtlərinə görə, hansısa xarici klub onunla maraqlanarsa, «Qarabağ» transfer mövzusunda problem yaratmayacaq.
