7 iyun 2010 10:49
Xorvat futbolçuların günü doğum evlərində keçir (FOTO)
İngiltərənin «Tottenhem» klubunun və Xorvatiya milli futbol komandasının yarımmüdafiəçisi Luka Modriç ata olub. Onun həyat yoldaşı Vanya Zaqrebdəki xəstəxanaların birində keysəriyyə əməliyyatının köməyi ilə oğul dünyaya gətirib. Uşağın çəkisi 3240 qram, boyu isə 51 sm-dir. Ana və uşaq özlərini normal hiss edirlər.
azerisport.az xəbər verir ki, futbolçu uşağının anadan olması prosesində iştirak etməyib.
azerisport.az xəbər verir ki, futbolçu uşağının anadan olması prosesində iştirak etməyib.
Luka və Vanya cəmi bir ay bundan əvvəl – mayın 12-də evləniblər.
Yeri gəlmişkən, bu yaxınlarda Xorvatiya yığmasının kapitanı və Donetskin «Şaxtyor» futbol klubunun üzvü Dario Srna da ata olmalıdır. O, may ayının ortalarında köhnə sevgilisi Mirela Foriçlə evlənib və iki aydan sonra qızları dünyaya gəlməlidir.
