8 iyun 2010 13:19
Bu gün axşam «Bakı»nın baş məşqçisinin adı məlum olacaq
Bugünkü mətbuatda bildirildiyinə görə, serbiyalı Bojidar Bandoviç «Bakı» futbol klubuna baş məşqçi təyin olunub.
Bununla bağlı azerisport.az saytının sorğusunu Azərbaycan Kubokunun sahibinin baş meneceri Zeynal Məmmədov təkzib etməyib: «Bizim iki namizədimiz var. Bunlardan biri serbiyalı, digəri isə almandır. Axşam baş məşqçinin adı məlum olmalıdır».
