8 iyun 2010 13:45
Eşli Koul vaxtını boş keçirmir (FOTO)
Eşli Koulla Şeril Koulun boşanması barədə yazmışdıq. Britaniya mətbuatı isə bu cütlüyü gözdən qoymur və onların təklikdə nə işlərlə məşğul olduqlarını izləyir.
azerisport.az xəbər verir ki, İngiltərənin futbol üzrə yığma komandasının üzvü Eşli Koul bu günlərdə bir qızla görünüb. Bu qız isə rəqqasə, 23 yaşlı Sara Parnelldir. Onu daha çox «Ağ cadugər» kimi tanıyırlar. Hətta deyilənə görə, o, saçlarının sehrindən istifadə edərək kişiləri ələ də ala bilir.
Miss Parnellin dostlarının sözlərinə inansaq, Cənubi Afrikaya yollanmazdan qabaq Eşli yeni rəfiqəsi ilə vaxt keçirməyə imkan tapıb. Deyilənə görə, Koulun evindən çıxarkən futbolçu qızın arxasınca qışqırıb: «Yenə də görüşərik, seksi-bum!»
Çox güman ki. dünya çempionatından qayıtdıqdan sonra boşanmış futbolçu uzun müddətə tək qalmayacaq.
