8 iyun 2010 14:06
Lempard qızı başdan çıxarıb (FOTO)
Britaniyanın ən populyar pop ulduzlarından olan Piksi Lott aşiqdir. Milyonlarla insan kimi futbola aşiqdir. Bir az dəqiqləşdirsək, İngiltərə futboluna. Lap dəqiqi, İngiltərənin yığma komandasına. Detallarına da varsaq, Frenk Lemparda.
azerisport.az xəbər verir ki, hazırda qız dünya turnesinə hazırlaşır. Konsertlərdə o, xüsusi olaraq hazırlanmış maykalarda çıxış edəcək.
«Mənim bir qırmızı, bir də ağ maykam olacaq – hər ikisinin də arxa tərəfində Lempardın şəkli var. Çünki o, mənim ən çox sevdiyim futbolçudur», - qız öz arzularını gizlətmir.
Onun ən böyük arzusu isə Frenklə görüşməkdir.
