8 iyun 2010 15:20
Uğursuz start
Bu gün Azərbaycanın 17 yaşlı futbolçulardan ibarət milli futbol komandası Moldovadakı beynəlxalq turnirdə ilk matçını keçirib.
azerisport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, Belarus komandasına qarşı oyun rəqibin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində topları Məqsəd İsayev və Elşən Abdullayev vurublar.
Komandamız növbəti oyununu sabah Bakı vaxtı ilə saat 20:00-da meydan sahiblərinə qarşı keçirəcək.
