8 iyun 2010 16:37
Arda Sinemin ayaqlarını yerdən üzdü (FOTO)
«Qalatasaray» futbol klubunun ulduzu Arda Turanın sürprizi sevgilisi Sinem Kobalın ayaqlarını yerdən üzüb.
Arda kirayə götürdüyü BMW avtomobili sürən sevgilisinə sürpriz olaraq 290 min lirəyə (145 min manat) «Rance Rover» cipi alıb. Özü də avtomobilin qeydiyyat nişanındakı hərflər «AS»dir (Arda-Sinem).
Bu, Ardanın ilk belə sürprizi deyil. Bu yaxınlarda «Qalatasaray»lı futbolçu Sinem Kobalın baş rolda oynadığı «Romantik Komedi» adlı filmə sevgilisi ilə birlikdə baxmaq üçün kinoteatrı bağlatmışdı.
