8 iyun 2010 18:05
«Turan» hazırlıqlara başlayacaq
Tovuzun "Turan" komandasının Unibank Premyer Liqasının yeni mövsümünə hazırlıq planı gələn həftə məlum olacaq.
Klubun baş məşqçisi Nizami Sadıqovun PFL-in rəsmi saytına verdiyi məlumata görə, iyunun 15-də "Turan"ın rəhbərliyi ilə keçiriləcək iclasdan sonra komandanın yeni mövsüm üçün planlarına aydınlıq gələcək.
azerisport.az xəbər verir ki, Tovuz təmsilçisinin yay təlim-məşq toplanışının proqramı, həmçinin transfer siyasəti məhz bu iclasdan sonra məlum olacaq.
